23 May 00:39
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən azərbaycanlı Sərvər Bəşirli ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, - paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com