Dünən Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları xarici işlər naziri Ararat Mirzoyanla görüşüblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, iclasda Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunub: “Mirzoyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iki həftə əvvəl Almatıda keçirdiyi görüş və danışıqlar barədə danışıb və bildirib ki, Bakı sülh müqaviləsində Almatı bəyannaməsinə istinaddan imtina edir”.
Mənbə iddia edir ki, iclasda Azərbaycanın hansı sərhədlərlə müqavilə imzalamaq istədiyi sualı qaldırılıb:
“Mirzoyan cavab verib ki, bu məsələyə aydınlıq gətirilməyib. Xarici işlər naziri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı da danışıb, onun sözlərinə görə, bundan sonra hansı ərazidən başlayacaqlarını bilmirlər”.