Sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı çoxlu anlaşılmazlıq var.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Qazax-Tavuş istiqamətində müəyyən anlaşılmazlıqlar olsa da, sonradan bunlar aradan qaldırılıb. O istisna etmir ki, sərhədin digər hissələrində də belə olacaq.
Ermənistan rəhbəri qeyd edib ki, Almatı bəyannaməsi delimitasiya üçün əsas prinsipdir.
Baş nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və bir-birindən ərazi tələbləri olmadığını bəyan etdikdə, güc tətbiq etmək və ya güc tətbiq etmək hədəsindən imtina etdikdə, bir-birinin daxili işlərinə qarışmamağa, təcavüzkar hərəkətlər etməməyə və diplomatik-siyasi əlaqələr qurmağa hazır olduqda qalan məsələlər də həll olunacaq.
“Əsl sülh konkret əməli hərəkətlərlə formalaşa bilər ki, bunların nəticəsi sülh sazişini formalaşdıracaq. Amma bizim dərk etdiyimiz budur ki, sülh sazişi olmalıdır”, - Paşinyan bildirib.