21 Avqust 12:29
2 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarda “artsax məsələsi üzrə beynəlxalq komissiya” adlı separatçı və təxribatçı qurum yaradan Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Avropada görüşlər keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Oskanyan və separatçı komissiyanın üzvləri “qurum”un iclaslarının ikinci raundunu başa vurublar. Separatçılar İsveçrədə görüşlər keçirən Oskanyanla görüşü gözləyirlər.

“Oskanyan ötən aylarda da dəfələrlə xaricdə olub, Ermənistan və Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların təmsilçiləri, o cümlədən Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla çoxsaylı görüşlər keçirib”, - məlumatda deyilir.

Keçmiş xarici işlər nazirinin rəhbərlik etdiyi separatçı qurum “Qarabağ ermənilərinin geri qayıdışı məsələsi” ilə məşğuldur.

Klaara gəlincə, dəfələrlə Azərbaycan əleyhinə açıqlamaları, separatçılar və Ermənistana açıq dəstəyi ilə gündəmə gəlmiş AB rəsmisinin separatçı ünsürlərlə görüşü də təəccüblü olmamalıdır. Elə bu günlərdə o, Qarabağ ermənilərinin mümkün qayıdışını “xüsusi hal”, Qərbin Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına dönüşünü “ayrı məsələ” adlandırmışdı.

Separatçı ünsürlərlə xeyli əvvəl baş tutmuş görüşünün də uzun müddət gizli saxlanılması, sonda gün üzünə çıxması da AB diplomatının Azərbaycana qarşı xoşagəlməz münasibətinin başqa ölçüsüdür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər