İsrailin Azərbaycandakı səfiri Corc Dik AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin bu gün qəzaya uğraması xəbəri bizi sarsıtdı və dərindən kədərləndirdi. Sağ qalanların sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə səmimi qəlbdən başsağlığı veririk. İsrail səfirliyi müvafiq qurumlarla təmasdadır və biz hər cür lazımi yardım göstərməyə hazırıq. Həlak olanların ruhu şad olsun", - deyə səfir qeyd edib.