27 Dekabr 14:48
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ərazisində - Çeçenistanda Azərbaycanın sərnişin təyyarəsinin vurulması Ramzan Kadırovun regionda yaratdığı diktaturanın nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

“Təyyarəyə zərbə endirilib. Diktaturlarda belə olur. Bu, mümkün olan və olmayan hər şeyi vurmaq üçün istifadə edilən Kadırovun cılız hava hücumundan müdafiə sistemlərinin psixozudur. Bu cür psixozla və hava hədəfləri üzərində işləmək baxımından xidmətin zəif bacarıqları ilə hər şeyi vurmaq kimi müvafiq tapşırıqla bunu elədilər”, - general bildirib.

Romanenko əlavə edib ki, vurulan Azərbaycan təyyarəsinin Rusiya ərazisinə enişinə icazə verilməməsi faktı göstəricidir.

“Bunun “təxribat” ola biləcəyindən, “Kadırova hücum” edəcəklərindən qorxaraq təyyarənin nə Qroznı, nə də yaxın şəhərdə enməsinə imkan verdilər. Nəticədə ekipaj vurulmuş təyyarə ilə dənizin (Xəzər) o tayına uçmağa məcbur oldu. Təkcə bu deyil, içəridəki insanlar raketin çırpılması və partlamasından sonra nə qədər stress yaşayıblar. Beləliklə, ekipaj təyyarəni harasa endirməyə məcbur idi, Qazaxıstana doğru uçdular”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər