Ermənistandan Azərbaycana üç uşağı ilə qaçmış Yeqiş Gevorkyan və həyat yoldaşı Ruzanna Mardanyana qarşı cinayət işi qaldırılıb.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, cinayət işi Ermənistanın qorunan dövlət sərhədini müəyyən edilmiş sənədlər və ya müvafiq icazə olmadan keçmək maddəsi üzrə qaldırılıb.
Qeyd edək ki, ailə könüllü olaraq avtomobildə sərhədi keçərək Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olub. Onlar bu addımlarını Ermənistandakı dözülməz həyat şəraiti ilə əlaqələndiriblər və üçüncü ölkəyə təhvil verilmələrini xahiş ediblər.
Xatırladaq ki, ailə Azərbaycana 2010-cu ildə qaçmışdı. Azərbaycan ailəni qarşı tərəfə 2014-cü ilin dekabrında təhvil vermişdi.