Tatarıstan prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanov Azərbaycana işgüzar səfərə hazırlaşır. Musavat.com-un məlumatına görə, bu barədə “Tatar-inform” agentliyi xəbər yayıb.
Minnixanov Bakıda prezident İlham Əliyevlə görüşəcək, müzakirələr aparacaq. Bundan əlavə, Tatarıstanın başçısı öz nümayəndə heyəti ilə birgə tatar diasporunun nümayəndələri ilə, o sırada sənayeçilər və iş adamları ilə görüşəcək.
Minnixanov həmçinin, Gəncə Avtomobil Zavodunda yeni “KamAZ” yük avtomobillərinin yığılması üzrə konveyeri işə salacaq.