Artıq bir neçə gündür ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı sabiq futbolçu Emil Hüseynovun qətli barədə xəbərlər manşetlərdən düşmür. Məlumat vermişdik ki, keçmiş futbolçu ermənilərlə dava zamanı bıçaqlanıb.
Publika.az xəbər verir ki, keçmiş futbolçunun ölümünə "Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə də biganə qalmayıb. O, açıqlamasında “bizim problemimiz futbolçumuzu öldürən ermənilərlədir” deyib:
“Bizim heç kimlə problemimiz yoxdur. Tək problemimiz ermənilərlə bağlıdır. Bu günlərdə 28 yaşlı sabiq futbolçumuzu öldürüblər”.
Xatırlatma...
Emil Hüseynov futbolçu karyerası ərzində “Neftçi”, həmçinin artıq fəaliyyətini dayandırmış “Karvan” və “Abşeron” komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. “Abşeron”un da 2011-ci ildə dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında dünyasını dəyişib.