Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Şəmkir Sərhəd Dəstəsində Ağstafa, Qazax, Samux və Şəmkir rayonlarının sakinlərini qəbul edib.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların xidmətə qəbul, sərhədboyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasında köməkliyin göstərilməsi, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
DSX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.
BƏXTİYAR