Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2015 sərgilərinin açılış mərasimində iştirak edir.
Qeyd edək ki, bu il sərgidə 27 ölkədən 315 şirkət iştirak edir. Bununla belə, iştirakçıların 30 faizi Azərbaycan şirkətləridir, 10 faizi isə ilk dəfə iştirak edir. Sərgilərdə yeddi milli stend təqdim edilir.