3 İyun 2015 12:54
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərinin Kirov rayonunda üç azərbaycanlı məktəbli “McDonalds”da oğurluq edib.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, mayın 25-də “McDonalds” MMC restorana aid olan əmlakın oğurlandığı barədə polisə şikayət edib.

Şikayətdə bildirilib ki, restorana dəyən zərər 105 min 213 rubl (təxminən 2000 dollar) təşkil edib. Polisin axtarışlarından sonra Sənaye küçəsində yerləşən məktəbin üç şagirdi saxlanılıb.

Onlardan birinin 16, digər ikisinin 14 yaşı var.

Şagirdlər dindirildikdən sonra yaşayış yerini tərk etməmək şərti ilə azadlığa buraxılıblar. Restorana dəyən zərərin qismən ödənildiyi bildirilir.


Müəllif:

Oxşar xəbərlər