3 İyun 2015 20:19
5 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyov və mərkəzin bir neçə işçisinin saxlanılması barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir".

Bunu Teleqraf.com-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev mərkəzin rəhbəri A.Əlibəyov və bir neçə əməkdaşın bu gün səhər saatlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparılması barədə "AzPolitika.info" saytında yer alan məlumata münasibət bildirərkən qeyd edib.

Yazıda qeyd olunur ki, GEM-də prokurorluğun yoxlamaları Binəqədidə 16 mərtəbəli yaşayış binasında yanğından az sonra – mayın 21-də başlayıb. GEM 2012-ci ildə 15 nəfərin ölümü ilə nəticələnən faciəyə səbəb olmuş poliuretan üzlüklərə keyfiyyət sertifikatı verdiyi qeyd olunur.

İ.Abdullayev qeyd etdi ki, GEM binalara çəkilən üzlüklərə sertifikat vermir: "Məlim yanğınla bağlı istintaq aparılır, müəyyən şəxslər sorğu-sual edilir. Amma Akif Əlibəyovun dindirilməsi barədə məndə heç bir məlumat yoxdur".

Ruslan


Müəllif:

Oxşar xəbərlər