12 İyun 2015 11:24
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana yola düşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin olduğu təyyarə yerli vaxtla saat 08:26-da Ankara Esenboğa hava limanından qalxıb.

Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, mədəniyyət və turizm naziri Ömər Polad, müdafiə naziri İsmət Yılmaz, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılınc, keçmiş nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım müşayiət edir.


Müəllif:

Oxşar xəbərlər