2 Sentyabr 2015 18:26
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi yerli elektron KİV-lər Silahlı Qüvvələrimizin itkilər verməsi barədə mənbəyi bəlli olmayan, qeyri-dəqiq, şayiə səviyyəsində olan məlumatlar yayırlar.

Teleqraf.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistanın maraqlarına xidmət edən bu kimi xəbərlər Silahlı Qüvvələrimizin təmas xəttində qarşıdurma zamanı erməni hərbi bölmələrinə ciddi itkilər verdiyi vaxtda ortaya atılmaqla, hərbi uğurlarımıza kölgə salmaq məqsədi daşıyır: "Məlumatımıza görə yalnız avqust ayı ərzində düşmən 18 ölü və 50 nəfərədək yaralı olaraq hərbi qulluqçusunu itirib.

Rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır.

Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı, təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır və eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir".


Müəllif:

Oxşar xəbərlər