Gecə saatlarında Şəkiyə güclü dolu yağıb.
Publika.az xəbər verir ki, dolu, əsasən, rayonun Kiş kəndində müşahidə edilib. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, dolunun böyüklüyü qoz boyda olub. 15-20 dəqiqə davam edən dolu yağışı kənd təsərrüfatına xeyli ziyan vurub. Bəzi ağaclar qırılıb, alma və armud ağaclarının meyvələri tökülüb. Kənddə elektrik xətti kəsilib. Hazırda kənd işıqsız qalıb.
İlknur Salamova