29 Sentyabr 2015 12:35
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyevin təşəbbüsü ilə Avropa Parlamentinin 750-ə yaxın üzvünə elektorn poçt vasitəsi ilə Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı müraciət ünvanlayıb.

Teleqraf.com-un məlumatın görə, müraciətdə qeyd edilir ki, 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən və girov götürülən mülki şəxslər olan Həsən Həsənov və Dilqəm Əsgərov, Şahbaz Quliyev haqqında, eləcə də onların pozulmuş hüquqlarının bərpa olunması məsələsi öz əksini tapıb: “Hörmətli, Avropa Parlamentinin üzvləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal edilib və bir milyon əhali öz ərazilərindən qaçqın və məcburi köçkün düşüb. Bu işğal 25 ilə yaxındır ki, davam edir və həmin ərazilərin erməni hərbi birləşmələrindən dərhal boşaldılması ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib. Eyni zamanda digər beynəlxalq təşkilatların qərar və tövsiyələri var ki, ərazilər boşaldılmalı və oradan zorla çıxarılan əhali öz yerinə qaytarılmalıdır. Lakin hələ də Ermənistan dövləti nə BMT-nin, nə də digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə əməl etmir. 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət ətmek üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən mülki şəxs Həsən Həsənov və girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev heç bir qanunu pozmayıb. Həmin şəxslər hansısa bir ölkənin ərazisinə icazəsiz daxil olmayıb. Kəlbəcər rayonu Azərbaycan ərazisidir və bunu həm BMT, həm də digər bütün beynəlxalq təşkilatlar və dünya dövlətləri təsdiq edib. O şəxslərin də həmin əraziyə getmək hüquqları var, çünki o ərazilər Azərbaycana məxsusdur və adı qeyd olunan şəxslərin anadan olduğu ərazilərdir. Onlar istədikləri vaxt həmin ərazilərə getmək, yaşamaq hüquqları var. Eyni zamanda bir milyon qaçqın və məcburi köçkün azərbaycanlı bu hüquqa malikdir. Həsən Həsənovun öldürülməsi, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girov götürülərək hər gün insanlığa sığmayan işgəncələrə məruz qalması, qondarma məhkəmə vasitəsi onların azadlıqdan məhrum edilməsi beynəlxalq hüquq normalarına qarşı çıxmaq və beynəlxalq təşkilatların tövsiyələrinə zidd getməkdir. Avropa Parlamentində təmsil olunan deputatlardan xahiş edirik beynəlxalq hüquq normalarına uyğun olaraq həmin şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasına köməklik edəsiniz".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər