2 Oktyabr 2015 12:39
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanıram ki, bu ilin sonuna qədər olmasa da gələn il Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə veriləcək”.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ticarət və Gömrük naziri Cenap Aşcı deyib.

Türkiyəli nazirin sözlərinə görə, dəmiryolu xəttinin çəkilməsində problem əsasən tunel hissə ilə bağlıdır: "Tunel hissədə çəkiliş bitəndən sonra işlər daha asan olacaq. Biz istərdik ki, bu dəmiryolu bu gün açılsın. Amma bəzi səbəblərdən gecikir. Gələn ilə Bakı-Tiflis-Qars dəmiryolu xəttinin istifadəyə veriləcəyinə inanıram".

Türkiyədəki siyasi durumun Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilməsinə təsir etmədiyini deyən nazir hazırkı hökumətin bu xəttin istifadəsində maraqlı olduğunu bəyan edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər