19 yaşlı qızdan şok etiraflar: “Mənə zorla sahib olmaq istədi”
Türkiyədə sevgilisini öldürən qızın məhkəməsi davam edir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 ay evində qaldığı barmen sevgilisi Ferid Dəmiri öldürən Helin D.-yə məhkəmədə 24 il həbs cəzası istənilib.
Hadisə 2015-ci ilin mart ayında baş verib. Ailəsi ilə problemi olan 19 yaşlı Helin D. sevgilisi 36 yaşlı Fəridin evində qalıb. O, məhkəmədə ifadəsində bunları deyib:
"Ailəmlə problemlərim var idi. 3 aydır sevgilimin evində qalırdım. Hadisə günü içkili vəziyyətdə evə gəldi. Hərəkətlərində qəribləriklər vardı. Belindəki silahı çıxarıb yatağın üzərinə atdı. Sonra zorla mənə sahib olmaq istədi. Ona evdən getmək istədiyimi deyəndə məni otağa kilitləmək istədi. Mən də yatağın üzərindəki silahı götürüb özümü qorumaq üçün atəş açdım. Atəş açmasaydım, mənə təcavüz edəcəkdi".
Helin məqsədinin öldürmək deyil, qorxutmaq olduğunu da bildirib.
Helin D. hadisədən sonra könüllü şəkildə polisə gedərək təslim olub.
Cinayət hadisəsi ilə bağlı məhkəmə davam edir.
Ramal