Rusiya Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi Yol Patrul Xidmətinin Cənub-Qərb İnzibati Dairəsi üzrə əlahiddə taborunun əməkdaşları tərəfindən aparılan "Miqrant - 2015" əməliyyatı zamanı 47 yaşlı Azərbaycan əsilli şəxs saxlanılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı polis əməkdaşlarına yoxlamaq üçün bilə-bilə saxta sürücülük vəsiqəsi təqdim edib.
Vəsiqə polis əməkdaşları tərəfindən götürülüb, vətəndaş saxlanılıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi üzrə (Bilərəkdən saxta sənəddən istifadə etmək) cinayət işi açılıb.