31 Oktyabr 2015 12:31
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda yağan aramsız yağışlar rayona ciddi ziyan vurub.

Lənkəran şəhər icra başçısının müavini Möhübbət Babayev Publika.az-a bildirib ki, sel suları 7 piyada, 3 maşın körpüsünü dağıdıb, 10-dan artıq elektrik dirəyi yıxılıb.

M.Babayev qeyd edib ki, təbii fəlakət nəticəsində ümumilikdə 1300-dən artıq evə zərər dəyib:

“Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır. Dünən 500-ə yaxın ailə təxliyə edilib, bu gün isə həmin ailələrin yarısı öz evlərinə qayıdıb. Rayon ərazisində elektrik verilişi tam bərpa olunub”.


Müəllif:

Oxşar xəbərlər