Bakıda mənşəyi bilinməyən ət aşkarlanıb. Ətin Bərdədən gətirildiyi məlum olub.
Teleqraf.com-un xəbərinə görə, 5 tona yaxın mənşəyi bilinməyən ət dünən Bakıda avtomobillərdən birində aşkar edilib. Yoxlama zamanı saxlanılanlar bildiriblər ki, əti Bərdə rayonunda alıblar.
Respublika baş baytarlıq xidmətinin əməkdaşları Kənd Təsərrüfatı Nazirinin tapşırığı ilə gecə ikən Bərdəyə ezam ediliblər. Bu gün deyilən ünvana baxış keçirilib. Reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 9 ünvanında yaşayan Seyfəddin Novruzovun həyətində ət kəsimi və ət saxlamaq üçün xüsusi soyuducu anbarlar aşkar edilib. Məlum olub ki, burada 2 anbarda 20 tona yaxın ət var. Ətin bir ildən çox müddətdir tədarük edildiyi və kustar üsulla düzəldilən soyuducada saxlanıldığı məlum olub.
Kənd Təsərrüfatı yanında Respublika Baytarlıq Xidməti yararsız mal cəmdəklərini laboratoriyada yoxlamaq üçün nümumə götürüblər. Mütəxəssislər bildiriblər ki, həmin ətlərin insanlara satılması risqli olub. Məhsullar insan orqanizmi üçün təhlükəli hesab edildiyindən cəsədlərdən ayrı-ayrılıqda yoxlanılması üçün nümunələr götürülüb. Faktla bağlı laboratoriyanın cavabından sonra təbdir görüləcək.
Ev sahibi isə bildirib ki, aşkarlanan əti zooparka göndərmək üçün saxlayıblar. O, Bərdə mal bazarından aldıqları heyvanları kəsib soyuducuda saxladıqlarını bildirib.
Xalid Salmanbəyli