16 Dekabr 2015 11:35
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin rəhbər heyəti və əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 illiyi münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

APA-nın məlumatına görə, Heydər Əliyevin məzarı önünə əklil qoyulub, Zərifə Əliyevanın məzarı üzərinə güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyulub.


Müəllif: