Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvan MR-dan İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA