Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Mirqədirovun vəkili Fuad Ağayev çıxış edib. O, Rauf Mirqədirovun barəsində bəraət hökmün çıxarılmasını xahiş edib.
Daha sonra Rauf Mirqədirov son söz demək üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə prokuror Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov