Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycanın Səhiyyə Nazirliyi müəyyən edilir.
Nazirlər Kabinetinə bu sərəncamla təsdiq edilmiş Strategiyanın icrasının gedişi barədə hər il üzrə növbəti ilin aprel ayının 1-dək Azərbaycan Prezidentinə hesabat təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.