3 Mart 2016 13:31
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin, ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərə şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, növbəti belə tədbirlər Xəzər və Binəqədi Rayon Polis idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa şəhər orta məktəbində keçirilmiş səyyar xidmət zamanı 61 şagirdə, Qaradağın Qızıldaş qəsəbəsində isə ümumilikdə 254 nəfərə yeni şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunub.

Anoloji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər