9 Mart 2016 17:23
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə İranın Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə ölkəmizə rəsmi səfərə gəlib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Dövlət Sərhəd Xidməti və İran Sərhəd Qoşunları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Belə ki, tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan – İran sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşınmasının qarşısının alınmasının vacibliyi vurğulanıb. Qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Bununla yanaşı “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Görüşdə dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunması, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilib. Həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində İran nümayəndələrinə ətraflı məlumat verilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər