17 Mart 2016 17:29
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri, Sizi üzümüzə gələn müqəddəs Novruz Bayramı münasibətilə təbrik edir, Sizə cansağlığı, ölkəmiz və müstəqilliyimiz naminə apardığınız böyük və gərgin fəaliyyətinizdə uğurlar, ailə səadəti arzulayırıq”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Prezidentə etdiyi müraciətdə qeyd olunur.

Müraciətdə daha sonra bildirilir ki, bu gün hüquq müdafiəçilərinə bəxş etdiyiniz ən böyük töhfə, əməyimizə verdiyiniz ən yüksək qiymət imzaladığınız geniş əfv Sərəncamı və həmin sərəncamla Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun sizə təqdim etdiyi siyahıdan 14 nəfərin azadlığa qovuşması oldu: “Bu gün daha bir sevinc hissini Bakı Apelyasiya Məhkəməsi tərəfindən jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması ilə yaşadıq. Siz, humanizm, insansevərlik hissindən irəli gələn Əfv Sərəncamı ilə hər bir vətəndaşımızın həyat qarantı olduğunuzu sübut etdiniz.

Möhtərəm, cənab Prezident!
Avropa Şurası tərəfindən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinin dayandırılmasına və öz nümayəndəsinin geri çağırılmasına baxmayaraq, İşçi Qrupu Sizin qətiyyətli iradənizlə öz işini davam etdirməklə ölkəmizdə dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasındakı konstruktiv dialoqa töhfəsini verir. Bu addımınız beynəlxalq aləmə, Qərbin nüfuzlu təşkilatlarına göstərdi ki, Azərbaycan öz problemlərini həll etməyi bacaran müstəqil ölkədir və onunla güc və təsir dili ilə danışmaq yolverilməzdir. Qısa vaxt kəsiyində qrupun səyləri nəticəsində vətəndaşlardan qəbul etdiyimiz 80-nə yaxın şikayət həllini tapdı. Biz ümid edirik ki, Birgə İşçi Qrupu çərçivəsində ölkədəki bir çox problemləri davamlı fəaliyyətimizlə həll edə biləcəyik.
Bir daha Sizə vətənimiz Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının bərqərar olması, ölkəmizin inkişafı naminə göstərdiyiniz səylərə görə minnətdarlığımızı bildirir və bu yolda Sizə uğurlar arzulayırıq”.

Qeyd edək ki, müraciəti D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı və Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənəniyarlı imzalayıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər