Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunanlar arasında qadın məhbuslar da var.
Teleqraf.com-un məlumatına görə, bugün qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən iki qadın azadlığa buraxılıb.
Onlardan biri Mastura Xocayeva əslən özbəkdir. Əfvə düşən digər məhbus isə Şəbnəm Bayramovadır.
Şəbnəm Bayramovanın anası Narxanım Məmmədova deyir ki, qızının əfv olunmasından xəbərsizmiş: “Siyəzəndə yaşayırıq. Bayrama hazırlıq üçün qoğal yayırdım. Birdən telefona zəng gəldi. Şəbnəm zəng etdi ki, əfv olunmuşam. Sevincimdən bilmədim nə edim... Şəbnəmin 3 oğlu var. Analarının əfv olunmasını hələ bilmirlər. Sürpriz olacaq, çox sevinəcəklər".
Şəbnəmin anası əfv sərəncamına görə Prezident İlham Əliyevə təşəkkür edib: “Bu bayramda bizi sevindirdiyi üçün Ilham Əliyevə təşəkkür edirəm”.
Şəbnəm Bayramova özü deyir ki, 3 övladına qovuşacağına görə hədsiz sevinir: "Hansı hissləri keçirtdiyimi ifadə edə bilmirəm. Çox sevinirəm, çünki yolumu gözləyən 3 oğlum var. Onlara qovuşacam. Məni əfv etdiyi üçün Ilham Əliyevə təşəkkür edirəm".
Şəbnəm Bayramova Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) ilə məhkum olunub.
İlhamə