Hər bayram insanlarını təəccübləndirən Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov bu dəfə mahnı ifa etmək əvəzinə qopuz çalıb.
Teleqraf.com xəbər verir ki, Türk xalqlarının milli bayramı olan Novruz şənliyində prezidentin qopuz çalması maraqla qarşılanıb.
Qeyd edək ki, yeni il mərasimində Qurbanqulı Berdımuhəmmədov mahnı oxuması insanları heyrətləndirmişdi. Ölkə başçısının ifa etdiyi mahnılar sırasında Azərbaycan müğənnisi Rəqsanə İsmayılovanın “İnanımmı” mahnısı da vardı.
Kəmalə