Azərbaycan Milli Məclisinin yaz sessiyasında növbəti üç plenar iclasının tarixləri bir dəfəyə təsdiqlənib.
Teleqraf.com bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, növbəti üç iclas aprelin 5-i, 15-i və 26-sı keçiriləcək.
Aprelin 5-i keçiriləcək iclasın gündəliyinə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) hesabatı nəzərdə tutulub. Digər iki iclasın gündəliyi isə hələlik tam müəyyənləşməyib.