28 Mart 2016 13:49
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmənin Plenumunda baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı kasasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenumda prokurorluğun protesti araşdırılıb. İntiqam Əliyev iclasa gətirilməyib. Protest təmin edilib. İntiqam Əliyevin azadlıa buraxılması ilə bağlı qərar qəbul edilib.

Baş Prokurorluğun kasasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.
Xatırladaq ki, protestdə yalnız cəza məsələsi mübahisələndirilir və təyin edilmiş cəzanın ağırlığı - bir sıra yüngülləşdirici halların, o cümlədən İntiqam Əliyevin xəstəliklərinin nəzərə alınmaması, cəzanın şərti hesab edilməsinin müzakirə olunmaması, son olaraq cəzanın dəyişdirilməsi məsələsi qoyulub.
Qeyd edək ki, 2014-cü ilin avqustun 8-də həbs olunan İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qərardan narazı qalan İntiqam Əliyev apellyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarından verilən kasasiya şikayəti Ali Məhkəmədə təmin edilməyib.
Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər