Güney Azərbaycanın Marağa şəhərində soydaşlarımızdan biri məhkəmə qərarına etiraz olaraq özünü yandırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onun kimliyi hələlik açıqlanmır.
Şahidlərin sözlərinə görə, soydaşımız məhkəmənin övladı haqda çıxardığı hökmə etiraz edib: "Alovu söndürməyə çalışan şəxslər binadakı yanğınsöndürən balonlardan istifadə ediblər. Özünü yandıran kişi dərhal xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn polis əməkdaşları isə xəbər yayılmasın deyə hadisəni qeydə alan şəxslərin mobil telefonlarını alıb və onlara özünü yandıran şəxsin ailə üzvləri ilə danışmamaq barədə xəbərdarlıq edib".
Qeyd edək ki, İranda rejimin basqılarından cana gələn vətəndaşlar, bəzən qəzəbdən öz canlarına qəsd edir. “Özünü yandırmaq o hallardan biridir və İranın müxtəlif vilayətlərində vaxtaşırı belə faktlara rast gəlinir".
Samir