Ərəb Dövlətləri Liqası Türkiyənin Şimali İraqda hərbi əməliyyatlar aparmasına etiraz edib. Teleqraf.com xəbər verir ki, Ərəb Dövlətləri Liqasının Baş katibi Nebil Arabinin yazılı açıqlamasında bildirib ki, Liqa bölgə ölkələrinin təhlükəsizliyini hədəf alan bütün terror aktlarını qəti şəkildə pisləyir.
Qətər Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Nebil Arabin bəyanatı öz adından verib və subyektiv xarakter daşıyır.
“Biz öz sərhədlərini, təhlükəsizliyini qorumaq üçün Türkiyənin atdığı bütün addımları dəstəkləyirik. Suriya rejiminin bütün addımları bu cür təhlükəli təşkilatların yaranmasında mühüm rol oynayıb. Bu da beynəlxalq təhlükəsizlik və sülhə təhdiddir. Baş katibin açıqlaması isə bir dövlətin özünü qorumaq haqqını tamamilə inkar edir”.