7 İyul 2014 12:53
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Donetsk vilayətində daha bir şəhərə nəzarəti ələ keçirib.

Alınan məlumata görə, rəsmi Kiyev Artyomivsk şəhərinin terrorçulardan təmizləndiyini açıqlayıb. Şəhərdə Ukrayna bayrağı dalğalanır. Bir qədər əvvəl Ukrayna Slavyansk, Kramatorsk, Drujkovka və Konstanivka şəhərləri üzərində nəzarəti bərpa etmişdi.

Ukraynanın şərq hissəsində daha bir hərbi əməliyyat baş tutub. Hərbi hava qüvvələri Luqansk şəhərində separatçıların mövqelərinə raket zərbələri ilə atəş açıb. Nəticədə azı 2 nəfərin öldürüldüyü bildirilir.

Ukrayna hökuməti ölkənin şərq hissəsi terrorçulardan azad edildikdən sonra hər kəsin öz dilində danışmaq hüquqlarının təmin olunacağına vəd verib.

Ukraynanın şərqində təhlükəsizlik qüvvələrinin ruspərəst separatçılara qarşı sərt müdaxiləsi etirazlarla qarşılanıb. Donetsk şəhərində baş tutan aksiyaya minlərlə insan qatılıb. Fəallar Donetsk uğrunda rəsmi Kiyevə qarşı mübarizə aparan hərbi qüvvələrə dəstək nümayiş etdiriblər.

Aksiyada Ukrayna hökumətinin üsyançılara qarşı keçirdiyi hərbi əməliyyatlar tənqid olunub. Etiraçılar Rusiyadan kömək istəyiblər.

/ans press/


Müəllif: