11 İyul 2014 11:29
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının üzvü Yegveni Fyodorov dövlət qulluğuna qəbul qaydalarının dəyişdirilməsi təklifi ilə çıxış edib.

Deputat xaricdə yaxın qohumları olan Rusiya vətəndaşlarının dövlət qulluğuna götürülməməsini təklif edir. Fyodorov hesab edir ki, yaxın qohumları əcnəbi ölkələrdə olan məmurların xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən şantaja məruz qalma ehtimalları çoxdur.

O, nümunə kimi Dumanın LDPR partiyasından olan üzvü Valeri Seleznyovun oğlunun Maldiv adalarında ABŞ tərəfindən həbs edilməsini göstərib və bu hadisəni şantaj adlandırıb: “Əslində, Duma üzvlərinin 80 faizi belə halla üzləşib. Sadəcə, bu haqda heç kim danışmaq istəmir. Yaxın qohumunu xaricdə həbs edirlər, sonra onu azadlığa buraxmaq müqabilində öz dövlətinin maraqlarına xəyanət etməyə məcbur edirlər. Odur ki, qanunvericiliyə dəyişikliklər edilməsi mütləqdir”.

Qeyd edək ki, Fyodorov məmurların xarici banklarda əmanət saxlamasının, başqa dövlətlərdə əmlak almasının qəti əleyhdarı kimi tanınır.

/publika.az/


Müəllif: