17 İyul 2014 12:23
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Azərbaycana silah satması Moskvanın müttəfiq dediyi Ermənistan üçün təhlükəli tendensiyadır”.

Bu barədə Ermənistan parlamentinin üzvü Atrak Zakaryan deyib. Erməni deputat iddia edir ki, bu, regionda təhlükəsizliyə təhdiddir: “Regionda silahlandırmanın müəyyən səviyyəsi var. Lakin Azərbaycana silahın satışı bu ölkənin hərbi gücünü artırır və hərbi-texniki planda tarazlığı pozur. Bununla yanaşı, Azərbaycan İsraildən də silah alır. Həmçinin Rusiyanın müttəfiqi Belarusdan, eləcə də dünənə qədər müttəfiq olan Ukraynadan da silah idxalını gerçəkləşdirir. Minsk qrupu buna nəzarət etməlidir”.

Erməni deputat qeyd edib ki, Ermənistan müttəfiqlərini yenidən gözdən keçirməlidir.

“Hansı ki bu gün Azərbaycana silahı bizim müttəfiqimiz Rusiya satır. Bu, faktiki olaraq, Moskvanın İrəvanda üz döndərməsi, daha konkret satmasıdır. Moskva bunu Bakının Avrasiya İttifaqına gəlməsi üçün edir. Amma bu da faktdır ki, burda itirən Ermənistandır. Buna görə də hesab edirəm ki, müttəfiqlərimizi yenidən gözdən keçirməliyik”,- deyə erməni deputata bildirib.

/publika.az/


Müəllif: