18 Yanvar 2019 21:43
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Bakıda özəl klinikanın yerləşdiyi binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda şəhərin Nərimanov rayonunda “Oksigen” klinikasının yerləşdiyi binanın dam örtüyünə quraşdırılmış reklam lövhəsinin 0,5 m² sahədə yandığı bildirilir.

Qeyd olunur ki, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

19.06

Paytaxtın Nərimanov rayonunda özəl klinikalardan birində yanğın baş verib.

Hradisənin görüntülərini Baku TV saytı yayımlayıb.

Bildirilir ki, yanğın “Oksigen” klinikasının yuxarı mərtəbələrində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, alovun qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.


Müəllif: Teleqraf.com