19 Yanvar 2019 16:46
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nobel prospektində, "AMAY" Ticarət Mərkəzinin qarşısında baş verib.

İlk qəza zamanı "Bakubus" MMC-yə məxsus 99-JH-251 dövlət nömrə nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində həm minik avtomobilinə, həm də sərnişin avtobusuna maddi ziyan dəyib.

Bu hadisədən bir qədər sonra həmin ərazidə 01-BP-868 dövlət nömrə nişanlı texniki xidməti avtomobili də səkiyə çırpılıb. Nəticədə avtomobilin təkəri partlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com