22 Yanvar 2019 13:38
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini İldırım Abbasov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov