22 Yanvar 2019 19:35
2 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalında Surqut-Moskva reysini həyata keçirən təyyarəni pilotları hədələyərək istiqaməti dəyişmək istəyən şəxsin 41 yaşlı Surqut vətəndaşı olduğu bildirilir.

Həmin şəxsin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

15:47

Sərnişinlərdən biri Rusiyanın Surqut şəhərindən Moskvaya uçan təyyarəni Əfqanıstana qaçırmağa cəhd göstərib.

Teleqraf.com xəbər verir ki, təyyarənin sərnişini pilotdan uçuşun istiqamətini dəyişməyi və Əfqanıstana uçmağı tələb edib.

SU1515 tipli təyyarə Xantı-Mansiysk aeroportuna eniş edə bilib.

Məlumatlara görə, təyyarəni qaçırmağa cəhd edən şəxs artıq saxlanılıb. Sərnişin saxlanılarkən yanında odlu silah aşkar edilməyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər