23 Yanvar 2019 12:21
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov