8 Sentyabr 2014 17:47
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda 2000-ə yaxın bələdiyyə və onların da 20 min nəfərə qədər üzvü var. Partiya kimi seçkilərdə iştirak etməkdən ötrü ən azı bələdiyyələrin 30 faizində namizədlər qeydə alınmalıdır”.

Teleqraf.com-un məlumatına görə, bunu YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ölkədə bələdiyyə seçkilərində iştirak etmək üçün prosedurlar sadədir. Onun sözlərinə görə, hər namizəd üçün maksimum 150, minimum isə 15 imza toplanılmalıdır:

“Lakin bu gün radikal müxalifətin sosial bazası, elektoratı olmadığı üçün onlar bələdiyyə seçkilərində iştirakdan müxtəlif bəhanələrlə boyun qaçırmaq istəyirlər. Partiyalar üçün ən vacib seçkilərdən biri bələdiyyə seçkiləridir. Çünki bələdiyyələr bütün bölgələri, yaşayış ərazilərini əhatə edir və yerli strukturların möhkəmlənməsi, seçki texnologiyalarının öyrənilməsi, seçmək və seçilmək hüququndan istifadə edilməsi baxımından hər bir partiya üçün bələdiyyə seçkilərində iştirak etmək vacibdir. Yəqin ki, müxalifət partiyaları bunu yaxşı bilir, amma elektoratı olmadığı üçün partiya şəklində bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Onların digər bəhanələri sçkilərdə iştirak etməmək üçün heç bir əsas ola bilməz. Yalnız və yalnız elektoratın olmaması radikal düşərgənin partiya şəklində bələdiyyə seçkilərində iştirak etməməsinə səbəb olar bilər. Başqa səbəb yoxdur”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər