9 Sentyabr 2014 14:58
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) nümayəndə heyətinin üzvlərini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

E.Süleymanova qonaqlara Ombudsman yanında Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti ilə bağlı ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Görüşdə Milli Preventiv Qrupunun (MPQ) üzvləri də iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər