Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iki aydan sonra İrana səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.