11 Sentyabr 2014 14:32
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə və beynəlxalq əlaqələr katibi Elşən Mustafayev sentyabrın12-16 tarixində İsveçə səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, səfər sentyabrın12-dən 16-dək davam edəcək. AMİP təmsilçiləri partiyanın müttəfiqi olan hakim Moderat partiyasının dəvəti ilə sentyabrın 14-də İsveçdə keçiriləcək parlament seçkilərini izləyəcəklər.

Moderat partiyası 2010-cu ildə parlament seçkilərində 4 partiyanın iştirakı ilə yaradılmış “Alyans” adlı koalisiya, sosial demokratlar isə 3 partiyanın yaratdığı “Qırmızı-Yaşıllar” koalisiyası ilə iştirak ediblər. Həmin vaxt “Alyans” koalisiyası daha çox səs yığaraq seçkiləri qazanmış və koalisiya içində ən çox faiz yığmış Moderat partiyasının lideri Fredrik Reynfelt baş nazir postuna gəlib. Bununla da İsveç tarixində ilk dəfə olaraq az faizlə olsa belə, millətçilər parlamentə daxil ola bilmişdilər.

Builki seçkilərdə mübarizə yenə də “Alyans” və “Qırmızı –Yaşıllar” arasında olacaq.

Nərgiz

QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər