9 Sentyabr 2019 14:40
1 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Cəfərovaya zor tətbiq edib soyğunçuluq yolu ilə mobil telefonunu və içərisində 180 manat olan pulqabısını almaqda şübhəli bilinən Sumqayıt sakini V.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov