14 Sentyabr 2019 14:58
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 10.50 radələrində Gəncə şəhəri yaxınlığında "ATEF" Şirkətlər Qrupunun 2 işçisi ehtiyatsızlıqdan bədbəxt hadisə ilə üzləşib.

Tatlı stansiyasının hər iki yolunun kontakt şəbəkəsində əsaslı təmir işlərinin aparılması üçün cəlb olunan "ATEF" Şirkətlər qrupunun işçiləri Daşqın Mustafayev və Zaur Həsənov kontakt şəbəkəsində yüksək gərginliyin açılmasını gözləmədən həmin şəbəkənin dayağına çıxaraq işə başlayıb və nəticədə yüksək gərginlik altına düşüblər.

Hadisə nəticəsində Daşqın Mustafayev dünyasını dəyişib, Zaur Həsənov isə xəsarət aldığından Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda baş vermiş bədbəxt hadisə ilə əlaqədar araşdırma aparılır. /Report/


Müəllif: Teleqraf.com