18 Sentyabr 2019 22:52
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada 6 aylıq hamilə olan Cessika Qedes toy günü vəfat edib.

Teleqraf.com xəbər verir ki, tibb bacısı işləyən 30 yaşlı qadın hamiləlik müddətində heç bir şikayəti olmayıb. O, sevgilisi Flavio ilə körpənin doğumuna qədər münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər. Gəlin maşınında kilsəyə gedərkən Cessikanın halı qəfildən pisləşib. Kilsəyə çatdıqda gəlin huşunu itirib. Təcili xəstəxanaya çatdırılan qadının insult keçirdiyi məlum olub. Həkimlər körpənin həyatını xilas etsələr də, gənc ananı qurtarmaq mümkün olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər